Ru
00:18 / 25 Yanvar 2023

AZAL Cahangir Əsgərovla bağlı yayılan xəbəri şərh etməkdən imtina edib

2574
Çərşənbə axşamı günorta saatlarında sosial şəbəkələrdə AZAL milli aviasiya şirkətinin rəhbəri Cahangir Əsgərovun vəzifədən azad edilməsi haqqında yazı yayılıb.

Eyni zamanda şirkətin ofisində genişmiqyaslı yoxlamaların başladığı bildirilir.

Bakupost.az xəbər verir ki, AZAL Turan Agentliyinin bu şaiyələrin nə dərəcədə əsaslı olduğu haqqında sualına cavabında şərh verməkdən imtina edib.

İş gününün sonunda hələ Əsgərovun vəzifədən azad edilməsi haqqında rəsmi məlumat açıqlanmayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər