Ru
14:27 / 16 İyun 2022

AZAL-dan Fazil Mustafanın ittihamlarına CAVAB

2464

“Azərbaycan Hava Yolları” aviaşirkəti millət vəkili Fazil Mustafanın Bakı-Naxçıvan-Bakı aviareysi üzrə biletlərin tapılmaması ilə bağlı iddialarına cavab verib.



Bakupost.az xəbər verir ki, aviaşirkətin yaydığı açıqlamada deyilir:


““Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytında almağı təklif edir.


Bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək.


Hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər”.


Qeyd edək ki, respublika daxilində reyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər