Ru
14:13 / 05 Dekabr 2022

“Azərbaycan Dəmir Yolları”na yeni mətbuat katibi təyin olundu

2375
“Azərbaycan Dəmir Yolları” QSC-yə yeni mətbuat katibi təyin olunub.


Bakupost.az xəbər verir ki, QSC-nin sədri Rövşən Rüstəmovun əmri ilə Sənubər Nəzərova qurumun mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

S. Nəzərova 2013-2020-ci illərdə “SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər