Ru
16:30 / 09 Avqust 2022

Azərbaycan ərazilərində separatçılığın kökü kəsiləcək - Millət vəkili

2120
“Qisas" əməliyyatı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüquqla təsbit olunan ərazilərində terrorun, separatçılığın kökünü nəyin bahasına olursa-olsun, kəsəcək.


Bu fikirləri Bakupos­t.az -a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.


O bildirib ki, “Qisas” antiterror əməliyyatı mahiyyət etibarilə Ermənistana tutarlı cavab idi:



“Ermənistan öhdəliklərini yerinə yetirməməklə prosesə xələl gətirir. Baş verənlərin bütün məsuliyyətini Ermənistan və oradakı revanşist qüvvələr daşıyır. Onlar birmənalı olaraq, anlamalıdırlar ki, avqustun 3-də olduğu kimi, şanlı Azərbaycan ordusu hər bir şəhidin qısasını hər zaman alıb və bundan sonra da belə olacaq”.


T. Cəfərovanın dediyinə görə, üçtərəfli bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi Bəyanatın şərtlərinə əməl etmir:


"Rusiya sülhməramlıları da​ onları buna məcbur etmir. Hesab edirəm ki, hazırki vəziyyətdə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmasa, biz müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq”.


Sevinc
BakuPost
Şərhlər
  • t.ədalət

    Gələcəkdə ən böyük seperatçı qurum "zəngəzur" adı altında gizlənən kürd birliyi olacaqdır.Azərbaycanın iqtisadi rıçaqlarını əlinə keçirən kürdlər Azərbaycan ərazisində özlərinə "bala kürdüstan" yaratmaq istəyindədirlər.Əbülfəz Əliyev Azərbaycanda kürdlərin hakimiyyəti ələ keçirməsinə imkan yaratdı.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər