Ru
14:28 / 21 İyun 2022

Azərbaycan şou-biznesində ilk: Miri Yusiflə Sevincin məhkəməsi barışıqla bitdi

2588
Xalq artisti Miri Yusif və Sevinc Musayeva arasında olan məhkəmə işi bu gün yekunlaşıb.


Bakupost.az xəbər verir ki, Binəqədi rayon məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə iş icraata alınıb.

S. Musayevanın vəkili Elçin Süleymanovun verdiyi məlumata görə, 5 aydan çox çəkən məhkəmə işi tərəflərin qarşılıqlı anlaşması və barışığı ilə bitib, işə ilkin icraatda xitam verilib.


Qeyd edək ki, Miri Yusif müğənni S. Musayevanı xüsusi ittiham qaydasında şikayət etmişdi.


Xatırladaq ki, bu vaxta qədər bir çox məşhurlar arasında eyni ittiham əsasında məhkəmə işləri olub.

Lakin tərəflər arasında anlaşmalı barışıq və bağışlanma olmayıb. Hazırda həmin məhkəmədə xalq artisti Flora Kərimova ilə Afət Fərmanqızı arasında məhkəmə davam edir.


Fərid
BakuPost


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Ulduz

    Seinc xanım gözəlliyinin maaşını alıb.l

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər