Ru
10:38 / 10 Yanvar 2022

Azərbaycan universitetləri daha bir təhsil reytinqində

2568

UI GreenMetric World University Rankings təşkilatı cari il üçün bir neçə min dünya universitetinin növbəti qiymətləndirməsini aparıb.


Bakupost.az xəbər verir ki, reytinqdə ölkəmizdən də 3 ali təhsil ocağı yer alıb. Təhsilin keyfiyyəti indikatoru üzrə Qərbi Kaspi Universiteti 409-cu yerdə qərarlaşıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti reytinqdə 444-cü, UNEC isə 847-ci yerdədir.

Azərbaycan üzrə ən yaxşı nəticə göstərən Qərbi Kaspi Universiteti təhsilin keyfiyyəti göstəricisinə görə Avropada 198 ən yaxşı universitet arasında yer alıb.

Qeyd edək ki, UI GreenMetric World University Rankings müxtəlif alətlər əsasında (o cümlədən ölkələrdəki ekspertlər, alim və analitiklər, yerli müəllimlər, valideynlər, tələbələr arasında anonim sorğular) araşdırma aparmaqla qiymətləndirmə həyata keçirir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər