Ru
21:02 / 27 İyul 2022

Azərbaycan yığması Ermənistanı məğlub etdi

2023
18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C liqasında növbəti oyununu keçirib.


Bakupost.az xəbər verir ki, Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma San Marinoda keçirilən yarışda Ermənistanla üz-üzə gəlib.
Oyun basketbolçularımızın inamlı qələbəsi ilə başa çatıb. Millimiz erməniləri 76: 65 hesabı ilə məğlub edib.


Bununla da komandamız ardıcıl 3-cü qələbəsini qazanaraq, 6 xalla qrup liderliyinə yüksəlib. Yığmamız bu qələbə ilə qrupdan çıxmağı təmin edərək adını yarımfinala yazdırıb. Təmsilçimiz Ermənistandan öncə Lüksemburqa (75:71) və Cəbəllütariqə (115:60) qalib gəlib.


Qeyd edək ki, milli qrupdakı növbəti matçını Moldova komandasına qarşı keçirəcək. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər