Ru
20:50 / 22 Noyabr 2022

Azərbaycanda dəhşətli qəza: ölənlər var - FOTO

2226
İmişlidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.


"Report”un məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ağaməmmədli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan itlə tülkünü vurub. Bu zaman avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.


Qəza nəticəsində avtomobilin sürücüsu hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayon sakini, 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatıdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda dəhşətli qəza: ölənlər var - FOTO
Azərbaycanda dəhşətli qəza: ölənlər var - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər