Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident yaşanıb.
Bakupost.az xəbər verir ki, bu barədə görüntüləri təhsil eksperti Kamran Əsədov paylaşıb.
Qeyd olunub ki, məktəbin direktoru Üzeyir Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında baş veib.
Məsələ ilə Şirvan-Salyan Təhsil İdarəsindən bildirilib ki, Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə araşdırılır: “Araşdırma bitdikdən sonra bununla bağlı mətbuata ətraflı məlumat veriləcək”.