Ru
11:22 / 09 İyun 2022

Azərbaycanda əhali niyə “Formula 1”ə qəzəblidir? - SƏBƏB TIXAC DEYİL

4533
“Əslində “Formula 1” yarışı heç bir ölkəyə birbaşa qazanc gətirmir. Amma iş doğru təşkil olunanda iqtisadiyyatda multiplikativ effekt yaradır, ölkənin tanıtımı maddiləşir, turizm və investor axını artır ki, bu da biznesin qazanmasına, daha çox qazandıqca ödədiyi verginin həcminin artmasına səbəb olur – ölkələr məhz belə pul qazanırlar”.


Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.


O, Azərbaycanda əhalinin “Formula 1” yarışına olan qəzəbinin başqa aspektinə toxunub:




“Bizdə əhalinin bu yarışa neqativ münasibəti təkcə şəhərin iflic olmasına, yolların bağlı qalmasına, saatlarla tıxacların yaranmasına görə deyil, həm də ona görədir ki, bu yarış zamanı və yarışdan sonra yaranmalı olan tanıtıma görə pul qazanmırlar”.


Ekspert qeyd edib ki, “Formula 1”in 500 mln. nəfərə yaxın azarkeşi var, deməli ölkələr üçün tanınmağın artmasına yaxşı şərait yaranır:


“Doğru siyasətlə bu tanıtım maddiləşməlidir – turizm artır, hər turist bizim kimi ölkələrdə həftəyə ortalama ən azı 500 dollar pul xərcləyir, bu vəsait biznesə gəlir kimi daxil olur, biznesin də vergi öhdəliyi artır, bununla da büdcə də qazanır. Bizdə turizmin qarşısında ən böyük sədd “AZAL”dır, belə yüksək bilet qiymətləri turizmin qənimidir, həm də ona görə “Formula 1”in effektini görmürük.


Tanıtımın digər maddiləşməsi investisiyalar olmalıdır – bu sahədə də “sinifdə qalmışıq”, investisiya mühiti toksikdir, cəlbedici deyil, deməli tanıtımın bu nemətindən də istifadə edə bilmirik. Beləliklə, əhalinin narazılığının kökü məhz qızınmadıq istisinə, kor olduq tüstüsünə yanaşmasındadır və insanlar tam haqlıdır”.


Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • t.ədalət

    Natiq Cəfərlinin əhaliyə sırımaq istədiyi təbliğat küləkli havada meşə düşmüş cırıq qavalı budaqların döycələməsinə bənzəyir.Əsassız inandırma metodu ilə böyük əksəriyyəti savadlı olan Azərbaycan əhalisini aldatmaq mümkün deyil."formula-1"lə tanınan ölkənin nüfuzu da elə "formula-1" qədər olur.

  • Səfərliyə

    Bakıda bu lazımsız göstərgə (bu idman deyil,maraq dairəsi isə məhduddur) bir neçə dəfə lazımsız olsa da keçirilib.Bu keçirilələrdən ölkəmizin əldə etdiyi (narahatçılıqdan başqa ) niyə indiyə kimi açıqlanmayıb.? Amma marşrut üzrə idarə və vətəndaşlara dəyən zərər hamının gözü önündədir. Belə mücərrəd yazılarla Formula-1-in AZərbaycanda keçirilməsinə haq qazandırmaq yersiz və əsassız təşəbbüsdür.Yaxşı olardı ki.jurnalist konkret rəqəmlər əldə edib,inandırıcı şərh verəydi.Boş sözlərdən millət bezib

  • Mirzəli Qəribov

    Formula-1 heç də idman növü sayıla bilməz və onun Azərbaycanda 500 000 azarkeşi oması mifdir.Bu Azərbaycanda əhalinin hər gün gedib-gəldiyi.yaşadığı əraziləri bir neçə nəfərin marağı üzündən aylarla iflic etmək .əhaliin rahatlığını pozmaq heç birzaman normal sayıla bilməz. İkinci tərəfdən Formula-1-ə xərclənən milyonlar ölkənin bu günkü halında insanların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilsə daha məqsədəuğun olar.Bu artıq bədxərclik və bir neçə nəfərin havayı gəlir əldə etməsinə imkan yaradır.Azərbaycana bu Lazım olmayan və heç bitr maraq doğurmayan qondarma əməliyyatdır.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər