Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:51 / 15 Oktyabr 2024

Azərbaycanda ən çox maaş alanlar - SİYAHI

3383
2024-cü il oktyabrın 1-i vəziyyətinə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı 5304,9 min nəfər olub, onlardan 5021,7 min nəfərini məşğul əhali təşkil edib.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878,3 min nəfər, qeyri-dövlət sektorunda isə 876,6 min nəfər təşkil edib İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1723,2 min nəfər çalışıb.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar