Ru
12:51 / 11 Yanvar 2022

Azərbaycanda iki siyasi partiya birləşir - Açıqlama

2448
Azərbaycanda iki siyasi partiyanın birləşdirilməsi qərara alınıb.

Bakupost.az xəbər verir ki, bunlar Yeni Yol Partiyası və 24 iyun 1992-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyalarıdır.

Bunun üçün Dirçəliş və Tərəqqi Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub və 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri isə Ramil Hüseynov seçilib.


R. Hüseynov Bakupost.az -a açıqlamasında bildirib ki, partiyanın növbəti qurultayı 22 yanvarda keçiriləcək:


“Qurultayın gündəliyinə yeni sədr seçkisi və digər təşkilati məsələlər salınıb. Eyni zamanda, partiyanın nizamnamisinə müəyyən dəyişikliklər edilməklə onu müasir dövrün reallıq və tələblərinə, siyasi şəraitinə uyğunlaşdırmaq nəzərdə tutulur”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər