Ru
19:04 / 13 May 2022

Azərbaycanda nəşriyyat sahəsinin inkişafı istiqamətində müzakirələr aparıldı

Azərbaycanda nəşriyyat sahəsinin inkişafı istiqamətində müzakirələr aparıldı
Eye

Bu gün Azərbaycan Xalça Muzeyində Azərbaycan Yaradıcı Sənayelər Federasiyası Azərbaycan Nəşriyyatlar Assosiasiyası, Hədəf Nəşriyyatı, Parlaq İmzalar Nəşriyyatı, Qanun Nəşriyyatı, Alatoran Nəşriyyatı, Altun Nəşriyyat Evi və Qədim Qala Nəşriyyat Evinin nümayəndələri ilə görüş keçirilib.



Görüşdə nəşriyyat və kitab sənayesi sahəsində aktual məsələlər, həmçinin son zamanlar aktual mövzu kimi kağız idxalı və satışının ƏDV-dən azad edilməsi məsələsi də müzakirə edilib. Nəticə olaraq, sahənin çətinlikləri və imkanlarının öyrənilməsi məqsədilə əhatəli tədqiqat işinin aparılması qərara alınıb.


Sevindirici haldır ki, gün ərzində görüşdə qaldırılan məsələ - kağız idxalı və satışının ƏDV-dən azad edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə Qərarı oldu ki, bu da nəşriyyatçılar tərəfindən yüksək dəyərləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar