Ru
10:34 / 06 Dekabr 2022

Azərbaycanda psixiatr vəfat etdi

6179
Psixiatr, professor Nadir Əliyev vəfat edib.


Bakupost.az bildirir ki, bu barədə onun həmkarı, psixiatr Aytən Namazova məlumat verib.


O bildirib ki, müəllimi olan Nadir Əliyev bu gün onkoloji xəstəlik səbəbindən vəfat edib.


Qeyd edək ki, professor Nadir Əliyev 1946-cı ildə Naxçıvanda anadan olub. O, müxtəlif illərdə Bakı şəhəri 3 saylı ruhi xәstәxananın, 2 saylı vәrәm sanatoriyasının, Bakı şəhəri psixonevroloji dispanserin, Bakı şəhəri 2 saylı ruhi-әsәb xәstәxanasının, Bakı şəhəri ruhi-әsәb xәstәliklәri dispanserinin baş hәkimi vәzifәsində çalışıb. Nadir Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya kafedrasında fәaliyyәt göstәrirdi. Tәdqiqatları, әsasәn, müxtәlif psixi pozuntuların farmakoterapiyası üzrәdir. 150-dәn çox elmi әsәrin müәllifidir.

Şərhlər
  • Almaz Babaxanova

    Oqlumun hekimi olub.Mekani cennet olsun.yaxwi hekim idi

  • Muradov Seyran

    Allah rehmet etsin.Gozel Hekim ve gözel insan idi

  • Tural

    menim muellimim olub, gozel insan idi, Allah Nadir muellimi rehmet elesin.

  • Ferid

    Allah rehmet elesin

  • Kamal

    Allah rehmet elesin

  • Orxan

    Allah rəhmət eləsin…

  • Emil

    Çox gözəl insan idi, Allah rəhmət eləsin

  • Xuraman

    Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər