Ru
12:08 / 31 Oktyabr 2024

Azərbaycanda sayt rəhbəri və oğlu həbs edildi

Azərbaycanda sayt rəhbəri və oğlu həbs edildi
Eye

Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunub.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, sayt rəhbəri İlham Həsənov və onun oğlu, saytın redaktoru Renar Həsənovun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.


Onlar ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Ata və oğul cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar