Ru
18:25 / 22 Noyabr 2022

Azərbaycanda siqaret kötüklərini yerə atan on mindən çox adam cərimələnib

1285
Bu il siqaret kötüklərini ətraf mühitə atdıqlarına görə 10 835 cərimələnib.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu il respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 10 835, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 501 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilən cərimələrsə 383 300 manat təşkil edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər