Ru
14:22 / 01 Dekabr 2022

Azərbaycanda soyuqdan donan şagirdlərdən maraqlı etiraz - FOTO

7285
Sosial şəbəkələrdə Sabirabad rayonunun Kovlar kənd tam orta məktəbində istiliyin olmamasına etiraz edən şagirdlərin görüntüləri yayılıb.



Bakupost.az xəbər verir ki, bu gün çəkilən görüntüdə məktəblilər əllərində “1 dekabr - soyuqdan donuruq!” sözləri yazılan vərəqlərlə istiliyin olmamasına etiraz ediblər.



Məsələ ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsindən Qafqazinfo-ya bildirilib ki, hazırda problemin həlli ilə əlaqədar iş gedir:



“Bir neçə gündür Kovlar kənd məktəbində istiliklə bağlı problem yaranıb. Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınan zaman problem ortaya çıxıb. Hazırda ustalar işləyirlər. Bəzi detallar lazım idi, onlar alınıb. Bu gün, uzağı sabah problem aradan qaldırlacaq, məktəb istiliklə təmin olunacaq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər