Azərbaycanda tütün istehsalı kəskin artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında 2 589,4 ton tütün istehsal edilib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 574,9 ton və ya 2,6 dəfə artım deməkdir.
Bakupost.az -a açıqlamasında iqtisadçı Xalid Kərimli tütün istehsalının artmasına səbəb ilin əvvəlində yerli tütün istehsalçıları üçün güzəştlərin müəyyənləşdirilməsi olduğunu bildirdi.
Onun sözlərinə görə, dövlətin istehsal olunan tütünün yerli istehsalçılardan alınmasıyla bağlı təşviqi var:
“Yəni ki, tütün becərənlər rahat şəkildə öz məhsullarını satsınlar. İkinci məqam odur ki, sahibkarlar plantasiyalarını genişləndirirlər. İstehsalın artması istənilən halda yaxşıdır. Yerli istehsalın artmasının heç bir mənfi tərəfi yoxdur. Xüsusən də üzümçülük, pambıqçılıq kimi məhsulların artması həm ölkənin idxalının azalmasına, həm də ixrac potensialının artmasına xidmət edir”.
Vasif Əlihüseyn
BakuPost