Azərbaycanda uşaq bezlərinin qiymətində kəskin bahalaşma qeydə alınır.
Bakupost.az Qaynarinfo-ya istinadla bildirir ki, "Pampers”, "Molfix”, "Huggies” və digər markalardan olan bütün növ uşaq bezlərinin qiymətində 30 faizdən artıq artım müşahidə olunub.
Məsələn, son aylarına qədər 5 nömrəli "Pampers”in 60 ədədi 31 manata satılırdısa, hazırda bu rəqəm 42 manatdan yüksəkdir. 94 ədədlik "Pampers” isə 44,29 qəpiyə təklif edilir. Ölçülərə görə qiyməti daha da artır.
Qeyd edək ki, gündəlik 2,5 yaşa qədər əksər körpələrə valideynlər 6 ədəddən çox uşaq bezi işlədirlər.