Ru
10:16 / 11 Noyabr 2022

"40 milyon azərbaycanlı ana dilində təhsil almaq imkanından məhrumdur" - Prezident-VİDEO

12928
“Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir”.


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.


“Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, - dövlət başçısı qeyd edib.


Şərhlər
  • Murad

    Azərbaycanda camaat öz uşaqlarını ilhamın dəstəklədiyi rus dilli məktəblərə qoyur! Əhalimizin yarısı Rusiyada yaşayır və uşaqları rus dilində təhsil alır!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər