Ru
07:43 / 24 May 2022

Azərbaycanlı aktyor Türkiyədə öldürüldü - FOTO

13774
Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.

Bakupost.az -ın məlumatına görə, hadisə şəhərin Fatih rayonu ərazisində baş verib.

Belə ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Əldə etdiyimiz məlumata görə, təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb. Yaxınları Dadaşzadənin vəfat xəbərini təsdiqləyiblər.
Şərhlər
  • Bəhram

    Bizim MƏTBUATIMIZ, JURNALİSTlərimiz hansı dildə danışır, yazır və kimlərə qulluq göstərirlər? Ana dilimizdə öldürüldü sözünün zərər çəkənə əks tərəfdə CİNAYƏT, ya HÖKM dərk edilir! Milyonlarla azərbaycanlıların doğma ilkin insan hüquqlarına qarşı 1987ci ildən Ermənistanda Milis-Dövlət deportasiya zoru, Azərbaycanın öz ərazisində belə tarixin ən vəhşı-hərbi soyqırım terroru cinayətləri törədilib, sərhədlərimizdə və yuxarı Qarabağda həmin öldürmə cəhdləri yenə də güclü dövlətlərin siyasi-hüquqi və hərbi-maddi dəstəyi ilə davam etdirilir? Gündə heç bir günahsız ata ocağına görə öldürülənlərdən yazsanız neçə il gərək?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər