Ru
13:19 / 31 May 2022

Azərbaycanlı idmaçı Türkiyədə ÖLDÜRÜLDÜ

3870
28 yaşlı azərbaycanlı idmançı İlkin Eminov Türkiyədə qətlə yetirilib.

Bakupost.az Türkiyə məbuatına istinadən xəbər verir ki, hadisə mayın 27-si Çanaqalla bölgəsində baş verib.

Məlumata görə, süni örtüklü futbol meydançasında iki qrup arasında növbə üstündə mübahisə düşüb.

Daha sonra kafelərdən birinə gedən gənclər orada yenidən dalaşmağa başlayıblar.
Bu zaman İlkin Eminov bıçaqlanıb.

Ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə ilə əlaqədar 3 nəfəri şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, azərbaycanlı idmaçı İlkin Eminov Çanaqqalada yaşayıb və qaydasız döyüşlə məşğul olub.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər