Ru
11:29 / 05 Dekabr 2022

Azərbaycanlı jurnalist Təbrizdə saxlanıldı

1866
Təbrizdə yaşayan azərbaycanlı jurnalist Aydın Təbrizi İrandakı etiraz aksiyalarına dəstək verməsi və hadisələri işıqlandırması səbəbindən saxlanılıb.

Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, sosial media fəlları son günlər Aydın Təbrizinin ETTELAAT idarəsinə çağrılaraq dindirildiyini bildiriblər. Təhlükəsizlik işçilərinin jurnalistə sosial şəbəkələrdə fəaliyyətini dayandırması üçün təzyiq göstərdiyi qeyd olunur.

Qeyd edək ki, media fəalı bundan öncə də fəaliyyətlərinə görə basqılarla qarşılaşıb və həbsə məruz qalıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər