Ru
16:50 / 16 Noyabr 2022

Azərbaycanlı rəssamdan daha bir uğur - FOTO

26494
Azərbaycanlı rəssam Nəcməddin Hüseynov daha bir uğura imza atıb.


Bakupost.az xəbər verir ki, N. Hüseynov rəssamlıq sənətinin inkişafındakı xidmətlərinə görə “Gottfried Wilhelm Leibniz” adına Avropa Təbiət Elmləri Akademiyasının Həqiqi üzvü (Akademiki) seçilib.


Qeyd edək ki, Nəcməddin Musa oğlu Hüseynov 1955-ci il 12 iyun tarixində Qazax rayonunda anadan olub. O, Azərbaycan Rəssamlar İttifaqı, Rusiya Peşəkar Rəssamlar İttifaqı, Avropa təbiət elmləri akademiyasının üzvüdür.
Nəcməddin Hüseynovun yaratdığı sənət natürmort parçalardan, Pikassonun izlərini aydın şəkildə daşıyan portretlərdən ibarətdir. O, portret üslubunda ilk növbədə insanlara, daha çox üzlərinə diqqət yetirir. Nəcməddin Hüseynov portret çəkməyəndə diqqətini natürmorta yönəldir. Onun natürmortuna meyvələr, butulkalar, vazalar və bəzi mənzərə əsərləri daxildir. Nəcməddin Hüseynov nadir istedadlarının genişliyini nümayiş etdirir.

Rəssam həmçinin, Beynəlxalq Müasir Incəsənət Akademiyasının fəxri üzvü və qızıl medalçısıdır.

Aynur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər