Ru
20:39 / 20 Dekabr 2022

Azərbaycanlı seyid Qaqarini necə ovsunladı? – Xruşova Yardımlıyla bağlı tarixi qərar verdirdi – VİDEO

9521
Xəbər verdiyimiz kimi, Bakupost.az saytı "Sabir Rüstəmxanlı söhbətləri" adlı yeni layihəyə başlayıb.


Layihə çərçivəsində ikinci buraxılışımız Azərbaycanın dəyərli ziyalısı, tanınmış elm adamı, ictimai-siyasi xadim, professor Xudu Məmmədova həsr olunub.


Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı verilişdə mərhum Xudu Məmmədovla tanışlığı, onun Azərbaycan elmi qarşısında xidmətləri, bir ziyalı və ağsaqqal kimi ictimai-siyasi proseslərdə rolu haqqında danışıb.


Verilişdə mərhum professorla bağlı xoş xatirələrindən də söz açan Sabir Rüstəmxanlı onunla birgə Yardımlıya səfərini yada salıb. Qeyd edib ki, Xudu müəllim ötən əsrin 50-ci illərində Yardımlının İranla sərhəddə yerləşən Deman, Arvana, Perinbel kimi 20-dən artıq kəndinin köçürülməsi məsələsi ilə maraqlanıb. Sabir Rüstəmxanlı bu mövzuda onu bilgiləndirib, eyni zamanda bu kəndlərdən birinin - Perimbelin sakinlərinin geri qayıtmaq məsələsinin o vaxt Sovet İttifaqı Qəhrəmanı, kosmonavt Yuri Qaqarin və SSRİ KP MK-nın sədri Nikita Xruşov səviyyəsində necə həll olunduğunun tarixçəsini danışıb.


Bu və digər maraqlı xatirələr barədə daha ətraflı "Sabir Rüstəmxanlı söhbətləri"ndə...




Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər