Ru
10:44 / 02 Fevral 2023

Həbsdə olan azərbaycanlı xanım Nobel mükafatına namizəd oldu - FOTO

3895
Güney Azərbaycandan olan hüquq müdafiəçisinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu şəxs Zəncan şəhərindən olan Nərgiz Məhəmmədidir. O, Zəncanda fəaliyyət göstərən İnsan Hüquqlarını Müdafiə Birliyi sədrinin müavinidir.

Nərgiz Məhəmmədinin adının Nobel Sülh Mükafatına namizədlər siyahısına salındığını Oslo Sülh Araşdırmaları İnstitutunun direktoru (PRİO) Henrik Urdal açıqlayıb.


Qeyd edək ki, hazırda həbsdə olan Nərgiz Məhəmmədi 2022-ci ildə Parisdə “Cəsarət” kateqoriyası üzrə Sərhədsiz Reportyorlar Təşkilatının mükafatına layiq görülüb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər