Ru
10:44 / 05 Oktyabr 2022

"Azercell" 5G şəbəkəsinin istifadəsinə hazırlaşır

2135
"Azercell" şirkəti özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinin vacib hissəsi olaraq 5G şəbəkəsinin istifadəyə verilməsi məqsədilə sentyabrın 29-da daxili sınaq prosesini uğurla başa çatdırıb.

Simsiz rabitə texnologiyasının beşinci nəsli abunəçilər, müəssisələr, qurğu və maşınlar arasında bağlantını genişləndirməyə imkan verən tam yeni səviyyəli şəbəkəni dəstəkləyir. Simsiz 5G texnologiyası daha yüksək Gb/s-li yükləmə sürəti, ultra-aşağı səviyyədə gözləmə, daha yüksək davamlılıq, geniş şəbəkə tutumunu və daha mütərəqqi istifadəçi təcrübəsini təmin edir.

5G şəbəkəsinin quraşdırılması Əşyaların İnterneti (IoT) texnologiyasının potensialını yüksəldərək daha az gözləmə müddətli daha yüksək bağlantıya şərait yaradacaq. 5G xidmətinin tətbiqi və genişləndirilməsi müəssisələr üçün texnoloji həll istiqamətlərini əsaslı şəkildə yüksəldəcək və ucdan-uca istifadəçi təcrübəsi üçün yeni üfüqlər açacaqdır.

Digər texniki hazırlıqlar da tamamlandıqdan sonra Azercell şirkəti 5G xidmətlərinin göstərilməsinə razılıq alınması üçün müvafiq qurumlara müraciət etməyi planlaşdırır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər