Ru
11:01 / 23 Noyabr 2022

"Azercell" "Felis Azərbaycan"da 9 mükafat qazandı!

3639
Ölkənin lider mobil operatoru “Azercell Telekom” reklam və marketinq sahəsində effektiv və yaradıcı əməyi qiymətləndirən "Felis Azərbaycan" tərəfindən yüksək dəyərləndirilib.


Bakupost.az xəbər verir ki, İstanbulda təşkil olunan yarışma bu il ilk dəfə olaraq Azərbaycanı da əhatə edib. Beləliklə, Azərbaycandan qatılan “Azercell” həyata keçirdiyi son üç böyük kampaniyaya görə 9 mükafata layiq görülüb.


“İstəSən” tarifi kampaniyası: iki qızıl və iki gümüş mükafat

“Azercell 25 il” kampaniyası: üç gümüş mükafat

“Nizami Gəncəvi İli” kampaniyası: iki bürünc mükafat

Qeyd edək ki, "Felis Mükafatları" 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunda innovativ yanaşma və kreativlik baxımından fərqlənən layihələrin dəyərləndirilməsini həyata keçirir. 2022-ci ildə müsabiqə Azərbaycan üzrə də təşkil edilib. Ölkəmizdə fəaliyyət göstərən reklam və marketinq sənayesinin yaradıcı şirkətləri 7 bölmə və 43 kateqoriya üzrə yarışmada iştirak edirdilər. Marketinq sahəsində özünəməxsus yanaşması ilə seçilən və dəfələrlə beynəlxalq müsabiqələrdən mükafatlarla qayıdan “Azercell Telekom”un həyata keçirdiyi işlərin bu festivalda da fərqlənməsi təqdirəlayiq haldır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər