Ru
10:52 / 10 May 2022

“Azəriqaz” Göygöldə sahibkarlarla görüş keçirəcək

666
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü sabah Göygöl rayonunda təşkil olunacaq.


Bakupost.az -ın “Azəriqaz"a istinadən verdiyi məlumata görə, qurumun rəhbər şəxsləri Göygöl şəhəri, Hummel küçəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.


“Səyyar qəbul otağı” saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər