“Azəriqaz”da könüllü qanvermə aksiyası keçirilib.
Bakupost.az xəbər verir ki, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Mərkəzi Qan Bankının əməkdaşları müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb.
SOCAR "Azəriqaz" İB-nin inzibati binasında keçirilən xeyriyyə aksiyasında rəhbər şəxslərlə yanaşı, ümumilikdə 203 Birlik əməkdaşı iştirak edib. Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.