Ru
12:14 / 11 May 2022

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Binəqədidə olacaq

343
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü sabah Binəqədi rayonunda təşkil olunacaq.

Bakupost.az -ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurumun rəhbər şəxsləri Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 8 (Ramiz Aboyev Parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər