Ru
09:42 / 04 Avqust 2022

“Azərpoçt”un işçisi tutuldu

2644
“Azərpoçt” MMC-nin əməkdaşı tutulub.

Bu barədə Bakupost.az -a Yevlax Rayon Prokurorluğundan məlumat məlumat verilib.

Bildirilib ki, “Azərpoçt”un Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər