Ru
11:52 / 12 Sentyabr 2022

Bakı Tikiş Evinin qarşısında izdiham - VİDEO

3281

Bakı Tikiş Evinin (BTE) satış mağazasının qarşısında izdihamla bağlı növbəti görüntülər yayımlanıb.


Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.


Görüntülərdən aydın olur ki, məktəbin açılmasına sayılı günlər qaldığı bir zamanda valideynlər Bakı Tikiş Evinə sözün əsl mənasında "hücum" ediblər.


Valideynlər övladlarına məktəbli forması almaq üçün saatlarla növbədə dayanıb, izdiham yaşanıb.




Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.


Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev mətbuat üçün keçirdiyi brifinqdə də yeni formaların hələ məcburi olmadığını açıqlayıb: “Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçməsi məqsədəuyğundur. Ancaq heç kimin səlahiyyəti yoxdur məcbur etsin ki, bu forma olmalıdır”.


Yeni formaların satışına avqustun 17-dən başlanıb, “Bravo” marketdə də satışa çıxarılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər