Ru
14:40 / 04 İyul 2022

Bakıda 2 qadını vəhşicəsinə döydülər - FOTO

2619
İyulun 3-də Bakıda iki qadın fiziki zorakılığa məruz qalıb.



Bakupost.az bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.



O qeyd edib ki, qadının biri içki düşkünü olan olan atası və qardaşı tərəfindən yeddi yaşlı övladının gözü qarşısında döyülüb:



“O, 37-ci polis bölməsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.



Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm”.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər