Ru
16:56 / 27 Yanvar 2022

Bakıda “26-lar” kafesinin sahibinin oğlu axtarışa verildi

1187
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) karantin rejimini pozmaqda təqsirləndirilən Qasımov Əliyar Ərəstun oğlu barəsində axtarış elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, o, Azərbaycan Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə axtarışa verilib.

Qeyd edək ki, Ə.Qasımov Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğludur. Daha sonra isə Ə.Qasımovun adı atası ilə birlikdə qalmaqallı “26-lar” kafesinin bağlanmasında hallanmışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər