Ru
11:38 / 07 Sentyabr 2022

Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıb

2756
“Son bir ay ərzində Bakıda məktəbəqədər təhsil müəssisələrinə 5122 uşaq elektron sistemlə qəbul olunub”.


Bakupost.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.


O bildirib ki, idarənin tabeliyinə 348 bağça keçib: “Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. Bağçalarda ümumilikdə 41 min 87 uşaq təlim-tərbiyəyə cəlb olunub, 4299 tərbiyəçi və müəllim məşğul olur”.


M.Vəliyeva qeyd edib ki, 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb.Bu da bağçalardakı sıxlığı aradan qaldırmağa kömək edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər