Ru
15:58 / 30 Noyabr 2022

Türkiyəyə qarşı çəkilmiş filmlə bağlı nazirlikdən açıqlama - Yenilənib

3208
Mədəniyyət Nazirliyi Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” (“Sisters apart”) filmi ilə bağlı açıqlama yayıb.


Bakupost.az xəbər verir ki, açıqlamada deyilir:


“Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur.


"Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil.

Bununla belə, Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”.

Qeyd edək ki, Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” (“Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib. Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdirmək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb. Bir müddət sonra filmin nümayişi dayandırılıb.


***
14:08


Bakı kinoteatrları Almaniyanın "Ayrılan bacılar" (Sisters apart) filmini nümayiş etdirməkdən imtina edib.

Bakupost.az sosial şəbəkələrdə yayılan məlumatalara istinadən xəbər verir ki, filmin anti-türk məzmunlu olması Azərbaycanda narazılığa səbəb olub. Bu səbəbdən kinoteatrlar birmənalı olaraq onu nümayiş etdirməkdən imtina ediblər.

Amma Almaniyanın Bakıdakı səfirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə Landmark biznes mərkəzində nümayiş etdirmək niyyətindədir. Bu barədə elan sosial şəbəkələrdə yerləşdirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər