Ru
11:53 / 22 İyun 2022

Bakıda avtobus ağır qəza törətdi: yaralananlar var - FOTO

1215

Bakıda marşrut xətti üzrə hərəkət edən avtobus ağır qəza törədib.



Bakupost.az xəbər verir ki, hadisə Xətai rayonu Seyid Əzim Şirvani küçəsində baş verib. Belə ki, 81 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobili aşıb və yararsız hala düşüb, avtobusa da ciddi ziyan dəyib.


Hadisə şahidləri qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildiriblər.


Faktla bağlı araşdırma aparılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər