Ru
15:37 / 04 Avqust 2022

Bakıda avtobus qəzası: xəsarət alan var

5659
Bu gün saat 14:00 radələrində Bakının Hövsan şosesində (Qum Adası istiqamətində) 132 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-079 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.


Bu barədə Bakupost.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.


Daşıyıcı şirkət “Kral-Transport MMC-dən verilən ilkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq avtobusla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan yoxdur.


"Son vaxtlar bu cür yol nəqliyyat hadisələrinin tez-tez baş verməsi müntəzəm sərnişindaşımaların təşkilində çətinliklər yaradır. Hər bir hadisədən sonra avtobuslar uzun müddətli təmirə dayanmaqla xidmətdən kənarda qalır. Bunu nəzərə alaraq qurum bir daha sürücülərdən xahiş edir ki, yol hərəkəti qaydalarına riayət etsinlər, dayanacaq məntəqəsindən çıxan, yolayrıcından hərəkətə başlayan avtobusların maneəsiz hərəkətinə şərait yaratsınlar", - deyə BNA bəyan edub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər