Ru
17:35 / 15 Yanvar 2022

Bakıda azyaşlı oğlan Narkoloji Dispanserə yerləşdirildi - FOTO

595
Bakıda küçələrdə gecələyən və narkotik aludəçisi olduğu iddia edilən yeniyetmə Respublika Narkoloji Dispanserə yerləşdirilib.

Bakupost.az -ın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, həmin şəxsin 2007-ci il təvəllüdlü Ruslan Məmmədov olduğu müəyyənləşib.

T.Mərdanoğlu qeyd edib ki, Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində yeniyetmənin olduğu yer müəyyənləşdirilib və o, Respublika Narkoloji Dispanserə yerləşdirilib.

Dövlət Komitəsinin sözçüsü bildirib ki, R.Məmmədovun 15 gün müddətinə dispanserdə müayinə və müalicələrə cəlb olunmasına qərar verilib:

"Ruslan Məmmədov bundan əvvəl də dəfələrlə səhiyyə ocağına yerləşdirilib, lakin buna baxmayaraq o, tibb müəssisəsini tərk edib".
Bakıda azyaşlı oğlan Narkoloji Dispanserə yerləşdirildi -  FOTO
Bakıda azyaşlı oğlan Narkoloji Dispanserə yerləşdirildi -  FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər