Ru
19:51 / 01 Oktyabr 2022

Bakıda çoxmərtəbəli binadakı yanğında xəsarət alanlar var - VİDEO

2280
Yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.



Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub. Yanğın nəticəsində 2 nəfər bina sakini yüngül xəsarət alıb.



***


İlkin məlumata əsasən, yanğın onyeddimərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verib.


Yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı FHN-in qüvvələri tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib.



***


Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.


Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.


Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.


Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Əlavə məlumat veriləcək.




Bakıda çoxmərtəbəli binadakı yanğında xəsarət alanlar var - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər