Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakupost.az -a bildirilib ki, xəsarət alan 5 nəfərdən 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub:
"1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib.
3 saylı Kliniki Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Qəza zamanı xəsarət alan 1 nəfər qapalı fəqərə sütunu travması L3-L4 fəqərələrinin cismində çökmə tipli sınıq diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 2 nəfər ambulator müayinə edilib, 1 nəfər azyaşlıya sağ qamış sümüyünün yuxarı 1/3-nin sınığı diaqnozu ilə, digər bir nəfərə isə sol bayır kondilusun sınığı diaqnozu ilə gips langet qoyulub".
***
10:27
Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.
Ona görə de hec vaxt yeni tikilen oyuncaq binalardan ev almaram. Kimseye de məsləhət gormurem. Axi niye hec kes gormur ki,indi tikilen binalar usaqlarin qurdugu oyuncaqlardan ferqsizdir!!! Odur ki,en gozeli heyet evidir. Allah her birine sefa versin yaralilarin