Ru
20:41 / 12 Avqust 2022

Bakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən AÇIQLAMA

2305
Bakıda rus dilində danışdığı üçün döyüldüyünü iddia edən gəncin müraciəti əsasında araşdırma aparılıb.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, Ramana qəsəbə sakini, 18 yaşlı R.H-nin müraciəti polis tərəfindən araşdırılıb. O qeyd edib ki, tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli deyil:



“Mübahisə şəxsi münasibətlərin pozulması zəminində baş verib. Daxil olan müraciət üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.



Qeyd edək ki, sosial şəbəkələrdə R.H. telefonda anası ilə rusca danışarkən bir nəfərin bıçaqla ona hücum etdiyini bildirib və fotolarını paylaşıb.
Şərhlər
  • t.ədalət

    Rus dilinə-vəhşi ölkənin dilinə lənət olsun!Rus dilində danışanlar ölkəmiz üçün real təhlükədir.Onlar hər an Rusiyanın casusuna çevrilə bilərlər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər