Ru
18:19 / 26 Noyabr 2022

Bakıda idman arenasında dava: 16 yaşlı gənc qətlə yetirildi

5146
Şağanda idman arenasında gənclər arasında dava olub, ölən var.


Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Belə ki, noyabrın 26-da saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.


Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.


Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
  • Rəfael

    Sumqayıtlı ilə Yevlaxlı Şaqanda necə peyda olub? Onları nə birləşdirib? Ölkə niyə belə qeyrimüəyyənliklə doludur? Çümki Sumqayırda da Yevlaxda da idman kompleksləri,əyləncə yerləri kifayət qədər var.Bunları birləşdirən nə olub?Bax məsələnin kökü bundadır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər