Ru
12:56 / 22 Sentyabr 2022

Bakıda məsciddə insident - Maskalı şəxslər təşviş yaratdı

11808
Dünən axşam saatlarında Yeni Günəşlidə yerləşən “Xanım Fatimeyi-Zəhra” məscidinə basqın olub.


Bakupost.az xəbər verir ki, hücum edən şəxslər maskalı olub. Məsciddə ibadət edənlərin söylədiyinə görə, hadisə zamanı xəsarət alan olmayıb, hücumun məqsədi sadəcə təşviş yaratmaq olub.


Hadisənin baş vermə səbəbinə gəldikdə isə, bu, məscidin axundunun dəyişdirilməs ilə bağlı olub. Məlumata görə, dünən həmin məscidə yeni axund təyin olunub. Çıxarılan axund və oradakı bəzi işçilərin adamları isə məscidə “maskalı hücum” etməklə nizam-intizamı pozmağa çalışıb, yeni axund köhnə kollektiv tərəfindən qəbul edilməməsi görüntüsünü yaratmağa çalışıblar.



Fotoda: Axund Hacı Surxay


İddialara görə, məscidin keçmiş axundu Hacı Surxay və məscidin digər işçiləri işindən məcbur azad edilib.


Hacı Surxay 15 ildir ki, Xanım Fatimeyi-Zəhra məscidində axund olaraq fəaliyyət göstərirdi.


Məsələ ilə bağlı Daxili İşlər İşlər Nazirliyinin Mətbuat xidmətinindən Bakupost.az –a bildirilib ki, hadisə ilə bağlı polisə müraciət olunmayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə insidentlə bağlı sualımız belə cavablandırıldı:


"“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün müsahibə elan olunub. Mirnasir Mirbağır oğlu Nağıyev (imam), Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimov (imam müavinləri) 02 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə uğur qazanaraq müvafiq vəzifələrə təyin olunublar.


Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib".





Günel
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər