Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Poz-Qazan” oyunları üzrə sentyabr ayında 11 böyük uduş qeydə alınıb.
Bakıda “Poz-Qazan” tarixində ən böyük uduş olan “
Prestij” lotereyasında ikinci 500 000 manat qazanılıb. “
Prestij”dən növbəti böyük uduş 50 000 manat da Bakıda Sahil Qarayevə nəsib olub. Həmçinin “
Prestij”dən 4 ədəd biletdə 5 000 manat qazanılıb. Uğurlu biletlər Bakı, Quba və Lənkərandan alınıb. “Prestij”də növbəti böyük uduşlar sahiblərini gözləyir.
“
Uğurlu 7” lotereyası isə Mingəçevirdə 50 000 manatlıq böyük uduşla Ramal Həşimova uğur gətirib. Oğuz və Siyəzəndə də “Uğurlu 7”dən 10 000 manat udulub.
“
Qızıl” lotereyasında da böyük uduş – 25 000 manat Lənkəran sakininə qismət olub. Masallıda isə “
Bombardir” lotereyasından 10 000 manat Azad İbayevin bəxtinə çıxıb.
Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “
Azərlotereya” satış nöqtələri və “Misli” məntəqələri , "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.