Bakıda yol qəzası hadisəsi baş verib.
Bakupost.az –ın məlumatına görə, hadisə Tbilisi prospektində qeydə alınıb.
“Prius” markalı taksinin əyləci işləmədiyindən yoldan çıxaraq piyada səkisinə girib. Səkidəki ağacla evin arasına zərblə dəyərək ilişib.
Nəticədə taksidə olan qadın sərnişin yüngül yaralanıb, sürücünün isə ayaqları zədələnib. Evi zədələnən xanım bildirib ki, zərbə o qədər güclü olub ki, evində partlayış baş verdiyini düşünərək özünü çölə atıb.
Sürücü deyib ki, əgər maşını səkiyə çəkməsəydi sərnişin avtobusuna çırpılacaqdı.
Aygün Musayeva
BakuPost
bu Toyota "prius" deyil, bunun adi Toyota Kamikadzedir!