Gəncədə toqquşan avtomobillərdən biri aşıb.
Bakupost.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan “Prius” markalı minik maşını ilə “QAZel” markalı yük maşını toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki avtomobilə isə ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.