Bakıda supermarketdən yağ oğurlayan qadın tutulub.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən supermarketlərdən birində baş verib.
Kamera görüntülərinə əsasən, yanvarın 12-dən 22-dək olan müddətdə vitrindən 24 kiloqram kərə yağının oğurlanması üzə çıxıb və oğurluq edən qadın izlənilib. Yanvarın 22-də həmin qadın yenidən marketdən 2 kiloqramlıq kərə yağını oğurlayıb apararkən saxlanılıb.
İlkin araşdırma zamanı həmin qadının Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü N.Abbasova olması müəyyən edilib. O, ərazi üzrə 26-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
adının oğurluq etməsinə səbəb YAP hakimiyyətidir.İş yerləri olmadığına görə və ehtiyacların getdikcə dözülməz olduğuna görə insanlar qanunazid hərəkətlər etməyə məcburdur.Yoxlasalar,görərlər ki,evində uşaqları yeməyə bir şey tapa bilmirlər.