Ru
21:18 / 06 May 2022

Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxıb tədbir keçirdilər - Rəsmi açıqlama

7035
Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Belə ki, iddia olunub ki, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.


Bakupost.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, məsələdən məlumatlıdırlar:

“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.

Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.
Şərhlər
  • t.ədalət

    Bu,milli dövlətçiliyimizə xəyanətdir.Minlərlə Azərbaycan gəncinin Qarabağda ölümünə səbəb olan Rusiyanın atributlarını sevmək çox ciddi xəyanətdir.Bu adamların Rusiyanın agentura şəbəkəsində olub-olmaması da yoxlanılmalıdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər